Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb.

"Unikal" xəbər verir ki, görüş Ermənistan xarici işlər nazirinin Tehrana səfəri çərçivəsində baş tutub.

Nazirlər arasında geniş tərkibli görüş keçirilib.