Azərbaycan vətəndaşı Çexiyanın paytaxtı Praqada "Porsche" ilə ağır qəza törədib. 

"Unikal" Praqa patrulunun saytına istinadən xəbər verir ki, polis sürücünü yoxlama üçün saxlayıb. Polisə saxta sənəd təqdim edən azərbaycanlı hadisə yerindən qaçıb. 

Sürət həddini aşan sürücü idarəetməni itirərək divara çırpılıb. Qəza yerindən qaçan sürücünü vətəndaşlar taparaq polisə təhvil verib. Azərbaycan vətəndaşı xəstəxanaya çatdırılıb. 

Araşdırma zamanı məlum olub ki, həmyerlimiz Şengen zonasında arzuolunmaz şəxs kimi qeyd edilib. O, indiyə qədər Çexiya ərazisində icazəsiz qalıb. Avtomobildə külli miqdarda avro aşkarlanıb.

Bundan sonra sözügedən azərbaycanlı barəsində cinayət işi başlanacaq. Onu 3 ilə qədər həbs gözləyir. 

Ağarza Elçinoğlu