İran kəşfiyyatı 40-dan çox bomba daşıyan və respublika ərazisində silsilə terror aktları hazırlayan böyük İsrail terror şəbəkəsinin üzvlərini saxlayıb.

"Unikal" xəbər verir  ki,  bu barədə "Tasnim" agentliyi məlumat yayıb. 

"İsrailin geniş terror şəbəkəsinin üzvləri 43 bomba ilə birlikdə saxlanılıb", - KİV yazıb.  

Açıqlamada həmçinin bildirilir ki, terrorçuların qərargahları Danimarka və Hollandiyadadır. Onların müsəlmanların müqəddəs Məhərrəm ayı ərəfəsində İran ərazisində silsilə təxribat terror aktları planlaşdırdıqları iddia edilir.