"Ermənistan hökuməti əmindir ki, Cənubi Qafqazda davamlı sülh mühüm qlobal fayda gətirə bilər".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın "Le Monde" jurnalına müsahibəsində deyib. 

"Sülh sazişinin konturları formalaşsa da, onun reallığa çevrilməsinə hələ də ciddi maneələr var. Bu onillik maneələri aradan qaldırmaq yalnız Cənubi Qafqazda sülhə həqiqətən inanan tərəfdaşların güclü dəstəyi ilə mümkün olacaq.

Biz regionda davamlı sülhə nail olmaq üçün bu öhdəliyimizi davam etdirəcəyik. Hazırda belə bir razılaşma əldə etmək üçün fürsət var. Ermənistan hökuməti bu prosesə sadiqdir və buna nail olmaq üçün mühüm addımlar atıb. Əgər biz buna nail olsaq, sabit sülh sazişi həqiqətən qlobal fayda gətirə bilər", - deyə Paşinyan qeyd edib. 

Baş nazir həmçinin yenidən Qarabağda yaşayan ermənilərin guya blokadada olması barədə təxribat xarkterli çıxış edib. 

Ağarza Elçinoğlu