Avropa İttifaqı Ukraynaya 1,5 milyard avroluq yeni tranş ayırıb.

“Unikal” xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen öz Tviter səhifəsində bildirib. 

“Bu gün biz ölkənin yenidən qurulması və infrastrukturun təmirinə kömək etmək üçün daha 1,5 milyard avro ayırdıq”, - deyə o yazıb. 

Ümumilikdə Aİ 2023-cü ildə Ukraynaya 10,5 milyard avro yardım edib.

Nuranə Abbasova