Çinin xarici işlər naziri Qin Qanq vəzifəsindən uzaqlaşdırılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Çin Parlamenti elan edib.

Onun yerinə 2022-ci ilin dekabrına qədər bu vəzifəni icra edən Vanq Yi təyin edilib.

Qeyd edək ki, Qin Qanq bir müddətdir sevgilisi ilə yoxa çıxıb. Çin XİN onun harada olması və səhhətinin vəziyyəti ilə bağlı açıqlama verməyib.

Ağarza Elçinoğlu