Müxalifət aksiyalara start verir

Müxalifət aprel ayından kütləvi aksiyalara başlayacaq

“İctimai Palata aprel ayından etibarən silsilə kütləvi etiraz aksiyalarına start verəcək” Bu barədə Modern.az saytına İctimai Palatanın Koordinasiya Şurasının üzvü Gülağa Alsanlı məlumat verib.

Müsavat rəsmisi hazırda aksiyalara hazırlıq işlərinin aparıldıını bildirib.

“Seçkiöncəsi etiraz aksiyalarının keçirilməsi İctimai Palatanın əsas prioritetlərindəndir. Hazırda aksiyalara hazırlıq işləri aparılır. Bayramdan öncə biz qərara gəldik ki, seçkiöncəsi aksiyaları daha da aktivləşdirək. Kütləvi etiraz aksiyalarının aprel ayından etibarən başlayacağına qərar vermişik. Etirazlar may ayında daha da geniş vüsət alacaq. Əlimizdən gəldiyi qədər etiraz səsimi ucaldacağıq”-deyə Müsavat başqanının müavini açıqlama verib.