Prezident


Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. Unikal.org-un Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə, xidməti vəzifələrinin icrası zamanı peşəkarlıq göstərdiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:

Ələsgərov Vəli Məmiş oğlu - general-mayor
Məmmədov Tarverdi Məmməd oğlu - polkovnik
Mirvətova Natəvan Mürsəl qızı - general-mayor

“Vətən uğrunda” medalı ilə:

Cəfərov İsrafil Məmməd oğlu - kapitan
Əliyev Ruzi Əli oğlu - polkovnik-leytenant
Qəhrəmanov Elmar Elman oğlu - kapitan
Manafov Aydın Manaf oğlu - polkovnik
Rzayev Elçin Daxil oğlu - baş leytenant
Yusifov Bəhman Nəriman oğlu - polkovnik-leytenant

“İgidliyə görə” medalı ilə:

Əliyev Ramin İmran oğlu - mayor
Əliyev Vüqar Surxay oğlu - ədliyyə polkovnik-
leytenantı
Orucəliyev Elnur Akif oğlu - mayor
Pənahov İsgəndər Ağasəf oğlu - mayor
Verdiyev Kəyan Məhərrəm oğlu - kapitan

“Hərbi xidmətlərə görə” medalı ilə:

İsmayılov Zaur Ramiz oğlu - mayor
Mustafabəyova Rənaxanım Ənvər qızı - mayor
Salahov Fərman Çingiz oğlu - mayor
Seyidov Rəşad Mirfəddin oğlu - mayor
Vəliyev Pərviz Şamir oğlu - polkovnik
Yusifov Azad Qəzənfər oğlu - kiçik leytenant
Zeynalov Oqtay Əbdül oğlu - polkovnik.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi rütbələr verilib.

general-mayor ali hərbi rütbəsi:



Əliyev Elçin Ərsalan oğlu - Azərbaycan Respublikası milli
təhlükəsizlik nazirinin müavini
Səfərov Pərviz İnqlab oğlu - Təhqiqatlar Baş İdarəsinin rəisi

tibb xidməti general-mayoru ali hərbi rütbəsi:



Yaqubov Məzahir Şahbala oğlu - Hərbi-tibb Baş İdarəsinin rəisi.