Nəsiminin icra başçısından şikayətlər azalmır
Nəsiminin icra başçısından şikayətlər azalmır

Bəs görəsən, sakinlərin həmin şikayətləri necə "yoxa çıxır"?

Nəsimi rayon sakinləri yerli icra başçısının fəaliyyətindən narazıdır. Rayona rəhbərlik edən Nəsib Məhəməliyevdən "yuxarılar"a ünvanlanan şikayətlərin ard-arası kəsilmir. Bu barədə redaksiyamıza məlumatlı mənbə bildirib.

Maraqlı orasıdır ki, Məhəməliyevdən şikayətlər bir qayda olaraq xeyli sakinin imzası ilə göndərilir. Bu isə Nəsimidə vətəndaşların yerli icra hakimiyyətindən narazılığının total xarakter daşıdığını göstərir.
Maraqlı isə burasıdır ki, həmin şikayətlər əsasən araşdırılmamış qalır və sakinlərin dərdinə əncam tapılmır. Sakinlərin iddiasına görə, bunun səbəbi Nəsib Məhəməliyevdən yazılan şikayətlərin lazımi ünvana çatmamasıdır. Daha doğrusu, şikayət məktubları sanki gizli bir əl tərəfindən yoxa çıxarılır.
İddialara görə, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov Nəsimi rayon icra hakimiyyətinin başçısı haqqında şikayət xarakterli məktubları arxivə göndərir. Onların bu
iddiasını qüvvətləndirən isə şöbə müdirinin Nəsimi rayonu ərazisində ticarət obyekt(lər)inin olmasıdır.
Eyni vəziyyət bir çox başqa rayon icra hakimiyyətləri ilə bağlı da yaşanır. Onlardan gələn şikayətlər də məhz Süleyman İsmayılovun biznes bağları səbəbi ilə ört-basdır olunur.
Əlbəttə, səslənən bu iddiaların həqiqətlə nə qədər uyğun gəlib-gəlmədiyini birmənalı olaraq söyləmək çətindir. Amma vətəndaşlar hər hansı bir problemlə bağlı hansısa rayon rəhbərliyindən davamlı şikayətlər edir, amma həmin şikayətlər elə kağız üzərində qalır, problemin həlli istiqamətində heç bir addım atılmırsa, o zaman yuxarıda səslənən fikirlərdə həqiqət payı olduğuna inanmamaq çətindir.
Seymur Quliyev