Müxalifətdə yeni ittifaq yaranır
Müxalifətdə yeni ittifaq yaranır
İsa Qəmbərə qarşı öz aralarında cəbhə açıldı

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev arasında görüş keçirilib.
VİP-dən verilən məlumata görə, partiya sədrlərinin ADP-nin qərargahında baş tutan görüşündə ölkədaxili vəziyyət və yaxın regionda cərəyan edən proseslər diqqət mərkəzində olub.
Prezident seçkiləri ərəfəsində ölkədə və xüsusilə, müxalifət düşərgəsində yaranmış durumu ətraflı müzakirə edən Cəlaloğlu və Əliyev, hakimiyyətə əks siyasi qüvvələrin bir araya gəlmək təşəbbüslərinin hələ də baş tutmamasını təəssüf doğuran hal kimi qiymətləndiriblər.
Mövcud şəraitdə ADP və VİP arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayan partiya sədrləri geniş spektr üzrə məsləhətləşmələrin davam etdirilməsini qərara alıblar.
Cəlaloğlu ilə Əliyev apardıqları müzakirələrdə ötən ilin sonlarından etibarən Azərbaycana yönəlik neqativ məzmunda güclənərək artıq təhdidedici xarakter alan Rusiya faktoruna xüsusi diqqət yetiriblər.Amma "Unikal"a daxil olan məlumata görə görüşdə iki mühüm məsələ müzakirə olunub. Məsələlərdən biri Müsavat başqanı İsa Qəmbərə qarşı koalisiya yaratmaq olub. Məlum olduğu kimi Sərdar Cəlaloğlu ilə İsa Qəmbər arasında problem yaranmışdı və İsa Qəmbər onu oğlunun toyuna çağırmamaqla bu gərginliyi pik həddinə çatdırdı. Bunu da yada salaq ki, Əli Əliyevlədə İsa Qəmbər arasında gərginliklər var və bu gün hər iki partiya sədri İsa Qəmbərə qrşı cəbhə açır. Buda bildirilir ki, İsa Qəmbərə qarşı daha bir neçə partiya sədri ilə də görüş nəzərdə tutulub. Maraqlıdır,bəs bu yeni ittifaq İsa Qəmbərə problemlər yarada bilərmi? Ekspertlər hesab edir ki, hər iki partiya sədri prezidentliyə namizəd olmağa iddialıdılar və seçkilər zamanı əsas hədəf kimi İsa Qəmbəri seçəcəklər. Bu isə istər-istəməz İsa Qəmbərin gücünün zəifləməsi ilə sona çatacaq. Həmçinin Əli Kərimli ilə İsa Qəmbər arasında gedən gizli savaşada təkan verəcəklər. Ekspertlər bildirir ki, İsa Qəmbərdə boş durmur və hazırda başqan da ətrafına əlavə güc toplayır. Mənbənin dediyinə görə Əli Əliyevlə Sərdar Cəlaloğlu həmçinin digər müxalif partiyalarında ümumi görüşünü keçirtməyə hazırlaşırlar və bu işdə Azərbaycan Milli İstiqlal Partiyasına ümid edirlər. İki partiya sədrinin görüşündə həm də "Ümid" partiyası ilə bağlı məsələdə müzakirə edilib. Məlum olduğu kimi "Ümid" partiyası ilə ADP birgə blok yaradıblar. Amma son zamanlar ümidçi İqbal Ağazadənin İsa Qəmbərə yaxınlaşması Sərdar Cəlaloğlunu qıcıqlandırıb. Hətta Sərdar Cəlaloğlu İsa Qəmbəri onu yox, İqbal Ağazadəni oğlunun toyuna çağırmasına görə qınamışdı. Bu isə o deməkdir ki, "Qarabağ" bloku dağılacaq və ADP daha İqbal Ağazadənin prezidentliyə namizədliyini qəbul etməyəcək. Başqa bir iddia isə budur ki, Sərdar Cəlaloğlu yaxın günlərdə bir sıra müxalifət partiyalarını bir araya toplayıb AXCP sədri Əli Kərimlinin vahid namizəd olmasını təklif edəcək. Bu isə İsa Qəmbər üçün ağır zərbə olacaq. Bunu da qeyd edək ki, hazırda vahid namizəd məsələsində Ziyalılar Forumuda Əli Kərimliyə daha çox meyl göstərirlər. Belə bir məqamda İsa Qəmbərə ikinci cəbhənində açılması da Müsavat üçün ağır nəticələr yaradacaq.

Fuad Əliyev