Misir Mərdanov postundan getdi
Misir Mərdanov postundan getdi

On beş ilin naziri dünən kreslosuyla vidalaşdı

15il təhsil naziri işləyən Misir Mərdanov nəhayət ki, vəzifəsindən azad edildi. Prezidentin sərancamı ilə postunu itirən nazir demək olar ki, cəmiyyətdə ən çox ittiham edilən məmuruydu.
Hətta Korrupsiyaya qarşı Mübarizə İdarəsidə rəsmi açıqlama verərək bildirmişdilər ki, Təhsil Nazirliyi ən çox rüşvət və korrupsiya olan bir şəbəkəyə çevrilib. Əsasən tikinti maxenasiyaları ilə ajiotaj yaradan nazirlikdə həm də saxta diplomların verilməsi, imtahanlarda rüşvət toplamanın kütləvi hal alması kifayət qədər narahatçılıq yaratmışdı. Bundan başqa Misir Mərdanovun adı həm də hakimiyyətdaxili qruplaşmalarda hallanırdı. Ekspertlər qeyd edir ki, Misir Mərdanov Azərbaycan təhsilinə ən ağır zərbə vuran bir nazir olub və demək olar ki, bu sahəni öz monopoliyaya çevirmişdi. İndi isə artıq bunlar arxada qalıb və prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Çingiz oğlu Cabbarov təhsil naziri təyin edilib.Bu təyinatda diqqəti cəlb edən əsas amil budur ki, prezident artıq kadr islahatlarına start verib və əsasən gənclərə daha çox üstünlük verir. Xatırladaq ki, yeni nazirin 37 yaşı var.

İnformasiya şöbəsi