Cənubi Koreyanın "Oskar" mükafatlı "Parazit" filmindəki rolu ilə tanınan məşhur aktyor Li Sun Kyunun meyiti tapılıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  polis 48 yaşlı aktyorun cansız cəsədini Seulda dayanacaqda saxlanılan avtomobildə aşkar edib. 

Səlahiyyətlilər Li Sun Kyunun intihar edib-etmədiyini araşdırarkən, "Yonhap" xəbər agentliyi məşhur aktyorun evində intihar məktubunun tapıldığı iddia edib. 

Gülayə Mecid