Türkiyənin tanınmış aktrisası Merve Boluğur Dubaydan 100 milyon lirəlik layihə təklifi alıb. 

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə şou proqramlarından birinə danışan aktrisa çox həyəcanlı olduğunu deyib: 

"Çox xoşbəxtəm. Orada qırmızı xalıya çıxacam. Yeni layihələrim var. Dubaya gedirəm. Qətər və Dubayda xeyli işim olacaq", - deyə aktrisa bildirib.