BBC 2023-cü ilin ən yaxşı filmlərini seçib. Siyahıda kassa hitlərindən tutmuş festival filmlərinə qədər bir çox istehsallar var.

"Unikal" həmin filmləri təqdim edir:

1. "Saint Omer" (Müqəddəs Ömər)

2023 yılının en iyi filmleri - 20
Rejissoru Alice Diop olan filmin hekayəsi Fransada körpəsini ölümə buraxmaqda günahlandırılan gənc seneqallı qadının real həyatına əsaslanır.

2. "Holy Spider" (Müqqədəs Hörümçək)

2023 yılının en iyi filmleri - 19
"Müqəddəs Hörümçək" 2000 və 2001-ci illərdə İranda baş vermiş əsl hekayəyə əsaslanır. Filmin baş rolunu Zar Əmir Ebrahimi canlandırır və rejissoru Əli Abbasidir.

3. "Polite Society" (Nəzakətli Cəmiyyət)

2023 yılının en iyi filmleri - 18
Bacısı Lenanı yaxınlaşan evliliyindən xilas etməli olduğuna əmin olan Ria Xan dostlarından kömək aldıqdan sonra bütün toy oğurluqlarının ən iddialısını həyata keçirməyə çalışır.

4. "How to blow up a pipeline" (Boru kəmərini necə partlatmaq olar?)

2023 yılının en iyi filmleri - 17
Filmdə bir qrup ətraf mühit fəalı yaşadıqları ərazini çirkləndirən və ziyan vuran nəhəng boru kəməri şirkətinə qarşı aksiya planlaşdırır.

5." Past Lives" (Keçmiş Həyatlar)

2023 yılının en iyi filmleri - 16
Film iki yaxın uşaqlıq dostu olan Nora və Hae Sung-un həyatlarının müxtəlif istiqamətlərdə getməsindən bəhs edir.

Zərifə Nağıyeva