“Uşaq evindən heç vaxt uşaq götürmərəm. Bundan sonra ancaq dünyaya gətirəcəyim uşağa ana olaram”.

"Unikal" xəbər verir ki, bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində teleaparıcı Afaq Gəncəli deyib.

O qeyd edib ki, oğlunu itirəndən sonra övladlığa uşaq götürməklə bağlı tərəddüdü var:

“Allahın mənə əmanət etdiyi uşağa yiyə dura bilmədim. Kiminsə övladını götürürsən ki, xoş gün görsün. Həyatdır, bilmək olmaz, nə baş verəcək. Övladıma görə özümə qəsd etmədim, amma övladlığa götürdüyüm uşağa görə bunu edərəm”.

A.Gəncəli özünün “Ani bir ehtirasa görə də xəyanət edənlər var və bunu bağışlamaq olar” fikrinə də münasibət bildirib:

“Mən bağışlayan insanam. Amma onun da çərçivəsi var. Niyə olduğunu bilməliyəm ki, bağışlaya bilim. Elə şeylər var ki, ona bir gözümü yumuram. Özümü düşünərək bağışlayıram”.