Moskva Azərbaycan tərəfi ilə Qarabağda sülhməramlıların olması ilə bağlı bütün məsələləri müzakirə edir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin açıqlayıb. 

O xatırladıb ki, sülhməramlı kontingent Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq Qarabağ münaqişəsi zonasına yerləşdirilib: "İndiki şəraitdə sülhməramlılarımızın regionda 5 il, yəni 2025-ci ilin noyabrına olmasını nəzərdə tutan həmin sənədi heç kim ləğv etməyib. İndi biz sülhməramlıların Qarabağda olması ilə bağlı bütün məsələləri sırf Azərbaycan tərəfi ilə birlikdə nəzərdən keçiririk. Bu, qarşılıqlı hörmət və konstruktiv mühitdə baş verir". 

Ağarza Elçinoğlu