"Yataq otağında" (2001) və Maykl Kleyton (2007) filmlərindəki rollarına görə iki dəfə "Oskar"a namizəd olan britaniyalı aktyor Tom Uilkinson 75 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə “Sky News” telekanalı sənətçinin yaxınlarına istinadən məlumat yayıb.

Uilkinson 1948-ci ildə İngiltərənin şimalındakı Lidsdə anadan olub və uşaqlığının bir hissəsini Kanadada keçirib. O, aktyorluq karyerasına 1970-ci illərdə başlayıb, ilk böyük işi “Birinci Bərabərlər” (1986) adlı siyasi serialdakı rolu olub. Uilkinsonun iştirak etdiyi digər məşhur filmlərə "Sense and Sensibility" (1995), "Rush Hour" (1998), "Girl with a Pearl Earring" (2003), "Rock n-roller" ( 2008) və "Selma" (2014) daxildir.

Nuranə Abbasova