Türkiyədə məşhur fenomen Dilan Polat Psixi və Əsəb Xəstəlikləri Xəstəxanasına yerləşdirilib.

"Unikal" xəbər verir ki, Polat 2019-cu ildən bəri psixi dərmanlar qəbul edirmiş. O, dərmanı bitdiyi üçün cümə günü xəstəxanaya yerləşdirilib. 

Müayinələrdən sonra o, yenidən Silivridəki Mərmərə Qapalı Cəza Müəssisəsinə aparılıb.

Qeyd edək ki, fenomen Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunub.