"İlan Hikayesi", "Tatlı Hayat", "Yedi Sayı", "Böyük Aile", "Seksenler" kimi seriallarla yanaşı məşhur "Ben bilmem eşim bilir" yarışmasının aparıcısı olan İlker Ayrık uzun müddət sonra həyatından danışıb. 

"Unikal" xəbər verir ki, İlker ekranlarda az-az görünməsinin səbəbini açıqlayıb. 

Həyat yoldaşı ilə birlikdə ferma quran aktyor, "İndi daha az layihələrdə iştirak edirəm və vaxtımın çoxunu ailəmlə keçirirəm. 7 hektarlıq ərazidə həm kənd təsərrüfatımız, həm yaşayışımız, həm də restoranımız fəaliyyət göstərir. Hər şey yaxşı gedir. 11 itim, 2 eşşəyim, ev quşum və dovşanım var", - deyib.