Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb.

"Unikal" xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 2,75 dollar və ya 3,4% artaraq 83,45 ABŞ dollarına yüksəlib. Ötən gün "Azeri Light" 80,70 dollara ticarət edilmişdi.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.