Azərbaycan Rusiyaya 306 min yumurta tədarük edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilir ki, yanvarın 11-də Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya daha 18,63 ton (306 min ədəd) yumurta gətirilib.

Bununla da ölkəmizdən Rusiyaya 1,5 milyon yumurta (90,63 ton) ixrac edilib.