"Onların fəaliyyəti uşaq oyunudur"
"Onların fəaliyyəti uşaq oyunudur"

Millət vəkili Sədaqət Vəliyeva müxalifət partiyalarının Milli Şura yaratmasına münasibət bildirib. Millət vəkili bildirib ki, onlar hər gün bir qurum yaradırlar, amma hamısı iflasa uğrayır: "Milli Şura da onlardan biridir və bu radikal müxalifətin zəifliyinin əlamətidir. Onlar xalqdan dəstək ala bilmirlər, ona görə də çıxılmaz vəziyyətdə qalaraq hansı addım atacaqlarını müəyyən edə bilmirlər.
Aşıq gördüyünü çalar. Xalq ən çətin vəziyyətində Ulu Öndər Heydər Əliyevi yanında görüb. Ulu öndər yeritdiyi siyasətlə xalqı böyük bəladan qurtarıb. Bu gün də xalq bu siyasətə güvənir. Bəs radikal müxalifət necə? Onlar xalq üçün nə ediblər!? Heç bir şey. Ona görə də, onların bir gündən bir yaratdıqları yeni-yeni qurumlar siyasi mübarizədən daha çox uşaq oyunlarına bənzəyir".