İsa Qəmbər təhqir olundu
İsa Qəmbər təhqir olundu

Milli Şura artıq özünü doğrultmur

Milli Şuranın yaradılması ilə bağlı müzakirələr dava etməkdədir. Bu günlərdə Ziyalılar Forumunun üzvü Rafiq Əliyev bir daha açıqlama verərək dolayı yolla Milli Şuranın perespektivsizliyindən danışıb. Onun sözlərinə görə iddialar elə səviyyədədir ki, hansısa nəticə gözləməyə dəyməz.

Bunu da qeyd edək ki, hazırda Milli Şuranın yaradılması üçün əsasən AXCP,Müsavat və EL hərəkatı danışıqlar aparır. Bu isə sözsüz ki, müxalifət düşərgəsini tam əhatə etmir və buna görə də hazırda müxalifət arasında savaş get-gedə dərinləşir. Hətta belə fikirdə səsləndirilir ki, artıq AXCP ilə Müsavat arasında da gərginlik artmağa başlayıb. Müsavat rəhbərliyində olan Arif Hacıyev bildirmişdi ki, AXCP sədri Əli Kərimlinin taktikası uğurlu deyil və bu müxalifəti məğlubiyyətə apara bilər. Buna görə də təklif edir ki, indi hamı Müsavatın tutduğu yolu tutmalıdır. Bu isə sözsüz ki, gərginliyi daha da artıracaq. Bu arada Ümid partiyasının sədri İqbal Ağazadə də Milli Şura ilə bağlı maraqlı açıqlama verib.“Məndən soruşulsa ki, “Milli Şura bu gün üçün bir spektrin cızılması və proseslərə təsir edilməsi baxımından effektli rol oynayacaqmı?” mən bu sualda bir az nagümanlıq sərgiləyərəm. Bunun da səbəbləri var”.Bu sözləri İqbal Ağazadə bildirib. O, səbəbləri açıqlayarkən Milli Şuranın “El” hərəkatı, Müsavat cə AXCP-nin bazasında yaradıldığını əsas gətirib. Millət vəkili bu üç təşkilatda yığılan insanların, eyni zamanda, İctimai Palatada da toplaşdığını deyib.“Bu gün “El” hərəkatında olanlar da, Müsavatda olanlar da, Cəbhədə olanlar da İctimai Palatada olanlardır. Milli Şurada kənar adamlar yoxdur. Onlar müxtəlif dönəmlərdə birlikdə olublar. Əgər söhbət Milli Şura yaradılmasından gedirsə, ölkənin demokratikləşməsindən söhbət gedirsə, daha çox spektrin cəlb olunması əsas müzakirə predmetidirsə, onda Milli Şura lazım olan spektr deyil. Çünki bu spektr neçə illərdir ki, fəaliyyət göstərir və ciddi nailiyyət yoxdur”, - İqbal Ağazadə əlavə edib.Millət vəkili “Milli Şura” sözünə də münasibətini açılayıb.“Şura sözünün özü də bir az sovet qoxusu verir. Bu kolxoz quruluşuna oxşar assosiativ bir şey yaradır”, - o əlavə edib.Hazırda müxalifətdə demokratik birliklər yaradılmasından danışıldığını xatırladan partiya sədri bu istiqamətdə çabalar göstərildiyini də deyib. Buna baxmayaraq hələ də partiyalar birliyə nail ola bilməyiblər.Müxalifətin bir araya gəlmə istiqamətində aktivliyini artırmasına rəğmən parçalanma daha köklü şəkil alır. Bu dəfə isə sərt ittihamlarla Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə çıxış etdi. O,İsa Qəmbərin bu il prezident olacağı ilə bağlı bəyanatına münasibət bildirib. A. Əlizadə bildirib ki, nadan insan həmişə özünə çox arxayın olur: “O özü də başa düşmür ki, nə qədər nadanlıq edir. Sanki ondan ağıllı və güclü insan yoxdur. Belə düşünmək isə sadəcə nadanlara məxsusdur”.SDP-nın sədri onu da qeyd etdi ki, əvvəlcədən özünü hər kəsdən güclü hesab edərək bu cür danışmaq yersizdir. Bunu ancaq xəstə təxəyüllü insan deyə bilər.A. Əlizadə radikal müxalifətin yaratdığı “Milli Şura” ilə bağlı da konkret fikir bildirib: “Bunun heç bir əhəmiyyəti yoxdur”.
Mehdi Əli