Özbəkistan Azərbaycandan Aİ-92 markalı benzinin idxalına başlayıb.

"Unikal" xəbər verir ki, proses 2023-cü ilin dekabrından başlayıb.

Özbəkistan Azərbaycandan 2 321 ton və ya 1 mln. 510 min ABŞ dollarında 92 oktanlı avtomobil benzini alıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Benzinin bir tonu 650 dollara ixrac edilib ki, bu da manatla 1 106 manat təşkil edir.

Qeyd edək ki, daxili bazarda Aİ-92 nefti Tarif Şurası tərəfindən tənzimlənir. 2021-ci ilin  4 yanvarından Aİ-92 benzinin bir tonunun topdansatış qiyməti 1 175.8 manat, pərakəndə qiyməti isə 1 310 dollar təşkil edir.

Azərbaycan ümumilikdə 2023-cü ildə xaricə 33 112 tonluq ($23.01 mln.) avtomobil benzini satıb.