2021-ci ildə azərbaycan əsilli iş adamı Rza Zərrabdan boşanan Ebru Gündeş özündən 12 yaş kiçik sevgilisi Murat Özdemirlə bu gün Dubayda evlənib.

"Unikal" xəbər verir ki, münasibətlərini mətbuatdan uzaq yaşamağa üstünlük verən Gündeşin ailə qurması şou aləmində gündəm yaradıb. 

Yalnız yaxın ətrafının qatıldığı mərasimlə evlənən Gündeş və Özdəmirin bal ayı üçün Körfəz gəzintisinə çıxacaqları iddia edilib. Gündeşin toydan fotoları paylaşıb-paylaşmayacağı maraq doğurub.

Murat Özdemir bir müddət əvvəl Ebru Gündeşə görə həyat yoldaşı Selin Kabaklıdan boşanıb.

49 yaşlı Ebru Gündeş daha əvvəl 3 dəfə evlənib. Ustad sənətçinin ilk evliliyi 1990-cı ildə Həmdi Vardarla olsa da, münasibətləri 3 il davam edib. Gündeş 2002-ci ildə Ömer Durakla ikinci evliliyini edib və bir il sonra boşanıblar. Gündeş 2010-cu ildə Rza Zərrabla üçüncü evliliyini edib, cütlüyün 2011-ci ildə Alara adlı qızı olub, lakin 2021-ci ildə boşanıblar.