Türkiyəli aktyor Halit Ergençin baş rolunu canlandıracağı "Adsız aşıklar" serialında daha bir aktrisanın kimliyi bəlli olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Ceren Benderlioğlu rol alacaq.

O, layihədə "Gözde" obrazına həyat verəcək.

Qeyd edək ki, 8 bölümlük serial "Netflix"də yayımlanacaq.