Gəncədə yük maşının vurduğu qadın xəstəxanada ölüb.

"Unikal"ın məlumatına görə, ağır xəsarət alan şəhər sakini 1960-cı il təvəllüdlü Gülmüzər Nəcəfova həkimlərin bütün səylərinə baxmayaraq xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

xxx

16:42

Gəncədə qadını yük maşın vurub, vəziyyəti ağırdır.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "KamAz" markalı yük maşını qadını vurub. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Tural Əhmədov