Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, fevralın 29-u saat 17:30 radələrində Şəki şəhəri ərazisində Murad Əfəndiyev idarə etdiyi “Lada Priora” markalı avtomobil ilə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Əntiqə Fətəliyevanı vurub.

Piyada aldığı xəsarətlərdən  hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.