Xaçmazda "Ford" markalı mikroavtobus Qusarçay çayının dərəsinə aşıb.

"Unikal" xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Gödəkli kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini Mehdi İsayevin idarə etdiyi mikroavtobus idarəetmənin itirilməsi nəticəsində çayın üzərindəki körpünün məhəccərlərini qıraraq dərəyə düşüb.

Qəza zamanı xəsarət alan sürücü Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.