Xəbər verdiyimiz kimi, Salyanda ər və arvad - 1956-cı il təvəllüdlü İsrafil Əliməmməd oğlu Məmmədov və onun arvadı 1963-cü il təvəllüdlü Münəvvər Rza qızı Məmmədova yaşadıqları evdə qətlə yetirilib.

"Unikal" qətlə yetirilən sabiq baş həkim İsrafil Məmmədovun fotosunu əldə edib. 

***

11:18

Salyanda ər və arvad - 1956-cı il təvəllüdlü İsrafil Əliməmməd oğlu Məmmədov və onun arvadı 1963-cü il təvəllüdlü Münəvvər Rza qızı Məmmədova yaşadıqları evdə qətlə yetirilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, cinayət hadisəsinin oğurluq zəminində baş verdiyi bildirilir.

İlkin ehtimallara görə, Məmmədovlar ailəsi evinə oğurluğa gələn şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. 

Gülayə Mecid 

***

11:00

Martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür. 

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, İsrafil Məmmədov 2021-ci ilədək Salyan Rayon Poliklinikasının baş həkimi vəzifəsində çalışıb.

***

10:53

Salyanda ər və arvad qətlə yetirilib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. Həmin kəndin sakinləri, əvvəllər tibb müəssisəsində baş həkim vəzifəsində çalışan 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədova naməlum şəraitdə qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.