Ağsuda 16 yaşlı qız dəm qazından zəhərlənib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Elabad kəndində baş verib.

Kənd sakini - 2008-ci il təvəllüdlü Cavadova Zülfiyyə Yaşar qızının yaşadığı evin hammında halı pisləşib və o, Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Müayinə zamanı Z.Cavadovanın   dəm qazından zəhırləndiyi məlum olub.

Xəstəyə xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Seymur Əli