Cəlilabad rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində azı iki nəfər yaralanıb.

"Unikal" report-a istinadən xəbər verir. ki, hadisə Cəlilabad şəhərinin mərkəzində qeydə alınıb.

Belə ki, "VAZ 21011" markalı minik avtomobili ilə "Chevrolet Cruze" markalı minik avtomobilinin toqquşması nəticəsində azı iki nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.