Goranboyda yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə Aşağı Ağcakənd qəsəbəsində baş verib. Minik avtomobilinin köməkçi yoldan əsas yola çıxdığı zaman  qəzaya düşməsi nəticəsində 1995-ci il təvəllüdlü Nurlan Abbasov müxtəlif dərəcəli bədən  xəsarətləri  alıb.

O, ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov