Ağdam rayonunun Mirəşelli kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a bildirilib ki, yüksək temperaturdan digər 1 otağın tavanı 24 m² sahədə qarsalanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.