Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində silah-sursat aşkar edilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Həsənov Niyaməddin Volodya oğluna məxsus bir “RQ-42” markalı əl qumbarası, bir “UZRQM” partladıcı, “MPT” markalı bir avtomatik tüfəng, 5,45 millimetr çaplı 8 avtomat patronu və 36 kalibrli bir tüfəng patronu Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.

Əl qumbarası Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.