Sumqayıtda bank kartından pul oğurlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini olan bir qadının bank kartından 400 manatını oğurlamaqda şübhəli bilinən Bəhruz Paşayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.