Gəncədə iki evdə yanğın hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Qaçaq Nəbi  küçəsində yerləşən fərdi yaşayış evlərində qeydə alınıb. Belə ki, sözügedən ünvanda yerləşən iki bitişik evdə anidən yanğın olub. Dərhal hadisə yerinə FHN nin yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, digər evlərə keçməsinin qarşısı alınıb.

Tural Əhmədov