İmişlidə epilepsiya xəstəsi olan şəxs tonqalın üzərinə yıxılıb və yanaraq ölüb.

"Unikal" xəbər verir ki, hadisə günorta saatlarında R.Məmmədov küçəsində qeydə alınıb. İmişli şəhər sakini 1984-cü il təvəllüdlü İbişov Pünhan Hafiz oğlu sözügedən küçədə yol kənarında tonqal qalayıb. O, epileptik tutma nəticəsində tonqalın üzərinə yıxılıb və yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.