Rusiya vətəndaşı vanna otağında ölü vəziyyətdə tapılıb. 

"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında Mingəçevir şəhərində, Babək küçəsi 1 ünvanındakı evdə baş verib.

Belə ki, 1957-ci il təvəllüdlü Rusiya vətəndaşı Rəhimov Abil Daşdəmir oğlu vanna otağında ölü vəziyyətdə aşkarlanıb.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov