Gəncədə qadın və kişi dəm qazından zəhərləniblər.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən binaların birində baş verib. Belə ki, 1975-ci il təvəllüdlü Gülmira Yusibova və 1992-ci il təvəllüdlü Ayxan Hümbətov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər, onların vəziyyətlərinin kafi olduğu bildirilir. Zəhərlənən şəxslərin yaxınların sözlərinə görə, hər iki şəxs yaşadıqları evdə dəm qazından  zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov