Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 30 m² olan qarajın yanar konstruksiyaları və içərisində dayanan “Changan” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.