Goranboy rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, rayonun Qarqucaq kəndində ümumi sahəsi 266 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 2 otağının tavanı 48 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.