Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı piyada müxtəlif dərəcəli xəsarətlər alıb.

"Unikal" xəbər verir ki, hadisə Sabirabad şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

Qəza zamanı xəsarət alan piyada, Sabirabad rayon sakini Muxtar Fərəcov rayon mərkəzi xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib, daha sonra Bakıdakı xəstəxanalardan birinə təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.