Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası keçirilib.

XİN-dən "Unikal"a verilən məlumata görə, tərəflər Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırmasını ən qısa zamanda başa çatdırmaq barədə sövdələşiblər.

Komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəlinib.