Tovuzda kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Unikal"a bildirib ki, məsələ ilə bağlı Tovuz Rayon Polis şöbəsində araşdırma aparılır.

Məsələyə hüquqi qiymət veriləcək

*** 18:58

Tovuzda kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib.

35 yaşlı kənd sakini Namiq İsmayılov bıçaqlanma ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Namiq İsmayılovu, yaxınlarının sözlərinə görə, onu həyat yoldaşı bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov