Azərbaycanı “Avroviziya 2024" mahnı müsabiqəsində təmsil edəcək ifaçının adı açıqlanıb.  

"Unikal" xəbər verir ki, yarışmaya bu il iştirakçı kimi Fahree (Fəxri İsmayıl) gedəcək.

Bu haqda “Avroviziya”yanın rəsmi saytında məlumat verilib.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb. Təmsilçimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Azərbaycan təmsilçisi birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova iştirakçıları ilə yarışacaq.

Xatırladaq ki, Fəxri İsmayıl 1995-ci ildə Bakıda anadan olub. O, musiqiçi ailəsində böyüyüb. Babası aktyor, atası caz ifaçısı olub.