Türkiyədə yayımlanan "Aldatmak" serialına yeni aktyor daxil olacaq.

"Unikal" xəbər verir ki, ekran işində sonuncu dəfə "Kızılcık şerbeti" serialında rol alan aktyor Berkay Akdəmir çəkiləcək. O, layihədə "Emrah" obrazına həyat verəcək.

Qeyd edək ki, serialın baş rollarını Vahide Perçin, Ercan Kesal, Mustafa Uğurlu, Cem Bender kimi məşhur simalar canlandırır.