Ukrayna Türkiyə müdafiə sənayesi şirkətləri ilə ikitərəfli əməkdaşlığın və istehsalın gücləndirilməsində maraqlıdır.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tviter səhifəsində yazıb.

Zelenski qeyd edib ki, Ukrayna Rusiyanın əlində olan hərbi əsirlərin və bütün ukraynalıların, o cümlədən Krım tatarlarının azad edilməsində Türkiyənin köməyinə ehtiyac duyur.