İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, qəza İmişli-Biləsuvar yolunda qeydə alınıb.

Hadisə zamanı İmişli rayon sakinləri Kərimov Şahin Dadaş oğlu və Kərimov Şahmar Ələkbər oğlu xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.