Göygöldə 43 yaşlı kişi bıçaqlanıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində baş verib. Kənd sakini 1981-ci il təvəllüdlü Xəyal Əsgərov bıçaqlanma  ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata  görə, Xəyal Əsgərov  tanışı tərəfindən bıçaqlanıb. Onu bıçaqlayan  şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparlır.